Bakıda yaşayış binasında YANĞIN - VİDEO

10:08 - 08 İyun 2023

Bakıda yaşayış binasında YANĞIN - VİDEO

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən Manset.az-a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Bina və mənzillər yanğından mühafizə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az