Azad edilmiş ərazilərdə Qurban bayramına hazırlıq başlayıb

19:40 - 08 İyun 2023

Azad edilmiş ərazilərdə Qurban bayramına hazırlıq başlayıb

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində çadır tipli heyvan kəsimi məntəqələri quraşdırılıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

"Həmin çadırlarda heyvanların kəsimi həyata keçiriləcək. Bildiyiniz kimi, artıq əhali bəzi əraziyə köçüb. Təbii ki, gündəlik tələbat mallarından biri də ət məhsullarıdır. Həmin çadır tipli kəsim məntəqələri quraşdırılıb. Şəhərsalmaya uyğun olaraq, orada stasionar tipli kəsim məntəqələr inşa ediləcək", - o bildirib.

Q.Təhməzlinin sözlərinə görə, Qurban bayramına hazırlıq məqsədilə AQTA müvafiq qurumlarla birgə ölkədə standartlara uyğun kəsim məntəqələrində monitorinqlər keçirib: "Standartlara uyğun olmayan yerlərdə isə çadır tipli kəsim məntəqələri quraşdırılacaq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az