Ölkədə doğulan uşaqların çoxu oğlanlardır

17:16 - 13 İyun 2023

Ölkədə doğulan uşaqların çoxu oğlanlardır

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 37159 doğulan körpə qeydə alınıb.

 

Bu barədə Manset.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,1-dən 11,1-ə düşüb.

Rəsmi məlumata görə, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1122-si əkiz, 63-ü üçəm olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az