Ötən dərs ilində Bakı məktəblərində işə qəbul olunanların sayı açıqlanıb

11:13 - 16 İyun 2023

Ötən dərs ilində Bakı məktəblərində işə qəbul olunanların sayı açıqlanıb

2022-2023-cü dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqələr keçirilib.

Bu barədə Manset.az-a idarədən məlumat verilib.

Müsabiqələrdən müvəffəqiyyətlə keçən 114 nəfər psixoloq, 143 nəfər laborant, 44 nəfər kitabxanaçı, 17 nəfər kitabxana müdiri, 23 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri (ümumilikdə 362 nəfər) işə qəbul olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az