“Sosial şəbəkələrdə oturub, 65 km dərinlikdən zəlzələ xəbəri verirlər” - Qurban Yetirmişli

10:12 - 04 İyul 2023

“Sosial şəbəkələrdə oturub, 65 km dərinlikdən zəlzələ xəbəri verirlər” - Qurban Yetirmişli

“Sosial şəbəkələrdə yalan məlumat yayanlar evlərində oturub, dənizin  65 km dibindən zəlzələ xəbəri verir”

 

Bu sözləri Manset.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

“Ağıllarına gələni yazırlar. Zəlzələ bölgəsində zəlzələ olmalıdır. Bakı yox bütün Azərbaycan zəlzələ bölgəsidir. Mütəxəssislər nə qədər proqnozlar versə də bu özünü doğrultmur” , - Q.Yetirmişli qeyd edib. 


Seysmoloji Xidmət Mərkəzinin baş direktoru tanınmış türk alim, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngörin Bakıda 7,5 bal zəlzələ ola biləcəyi ilə bağlı proqnozuna da növbəti dəfə münasibət bildirib:


“İndi mən də deyə bilərəm, Yaponiyada, İndoneziyada, Haitidə zəlzələ olacaq. Hamı bilir ki,  həmin ərazilər seysmik aktiv zonalarda yerləşir. Çox şey deyilə bilər. Celal Şengör fevralda İstanbulda zəlzələ olacağını deyirdi. Fevraldan bu yana neçə ay keçib, amma zəlzələ olmayıb. Ona qalsa zəlzələnin olacağını hər kəs bilir, amma nə zaman və necə olacağını demək doğru deyil. Alp dağlarından Himalay dağlarına qədər seysmik qurşaq keçir. Zəlzələ bütün Krım, Qafqaz, İran, Türkiyə, Gürcüstan, Ermənistan, Azərbaycan, Orta Asya və Sakit Okeana qədər çıxır. Bu seysmik qurşaq aktivdir və olmalıdır”- deyə o bildirib.

 

Fidan Etibarqızı

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az