“Titanik turu” təşkil edən şirkət yenidən bilet satışına başladı - FOTO

15:42 - 04 İyul 2023

“Titanik turu” təşkil edən şirkət yenidən bilet satışına başladı - FOTO

“Titanik”in qəzaya uğradığı yerə turist səfəri zamanı itən və 5 nəfərin öldüyü sualtı qayığın sahibi “OceanGate” şirkəti yenidən eyni turların biletini satışa çıxarıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki,hazırda 12-20 iyun və 21-29 iyun 2024-cü il tarixləri arasında iki reys üçün bilet əldə etmək olur.

Saytda biletlərin qiyməti 250 min dollar olaraq göstərilib.

Xatırladaq ki, bir müddət öncə "Titanik" gəmisinin qalıqlarını görmək istəyən 5 milyarder və "Titan" sualtı qayığı ilə səfərə çıxıb, lakin yolun sonu ölüm olub. İyunun 18-də Atlantik okeanında yoxa çıxan sualtı qayıq 5 nəfərlik məzarlığa çevrilib. Günlərlə davam edən axtarışların sonunda 5 nəfərin həyatını itirdiyi açıqlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az