Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə. (ad, soyadı şərti) cərimələnib.
Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, qadın 75 manat məbləğində cərimə olunub.
16:33
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə.-nin (ad, soyadı şərti) barəsində inzibati protokol tərtib edilib.
Manset.az xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, qadının barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hazırda protokol hakim Ülviyyə Şükürovanın icraatına verilib.
Qeyd edək ki, Ə.M.-ni əlli manatdan yüz manatadək məbləğdə cərimə və ya 15 günədək müddətə inzibati həbs cəzası gözləyir.
10:52
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Manset.az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.
O, izahatında törətdiyi əməli etiraf edib.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.