Bu il qanunsuz ağackəsmə ilə bağlı 65 cinayət işi başlanıb

11:19 - 07 İyul 2023

Bu il qanunsuz ağackəsmə ilə bağlı 65 cinayət işi başlanıb

"Bu ilin birinci yarımilliyində qanunsuz ağackəsmə ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 108 məlumata baxılıb, 65 cinayət işi başlanıb, 11-i üzrə araşdırma davam edir, digəriləri üzrə isə müvafiq qərarlar qəbul edilib".

 

Manset.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev "Ekologiyanın mühafizəsi" adlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi fəaliyyəti dövründə 274 cinayət işi başlanaraq istintaq edilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib:

"Eyni zamanda yaşıllıqların mühafizəsi ilə bağlı idarədə 6 inzibati xəta haqqında icraat başlanıb".

İdarə rəisi bildirib ki, 2023-cü ildə ağackəsmə ilə bağlı 7 vəzifəli şəxs barəsində cinayət işi başlanıb: "2022-ci ildə isə vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində 84 cinayət işi açılıb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az