"432 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib" - ƏƏSMN

19:34 - 08 İyul 2023

\"432 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib\" - ƏƏSMN

Vətən müharibəsindən sonra 432 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib.

Bu barədə Manset.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Onlar I və II Qarabağ müharibəsində yaralanaraq əzalarını itirmiş qəhrəmanlarımızdır.

Yüksək texnologiyalı son nəsil protezlər aktivlik və funksionallığı ilə seçilir və xüsusi proqram təminatına malikdir. Onlar istifadəçinin köməkçi vasitələr olmadan sərbəst, sabit və inamlı hərəkətinə, sosial həyata daha tez və rahat inteqrasiyasına imkan verir.

Müharibə veteranlarımız son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı qazanaraq öz idman bacarıqlarını da nümayiş etdirə bilir, hətta idman yarışlarında iştirak edə bilmək imkanına sahib olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az