Qubada qanunsuz kömür quyusu aşkar edildi - FOTO

15:17 - 11 İyul 2023

Qubada qanunsuz  kömür quyusu aşkar edildi - FOTO

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı   qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib.

 

Manset.az xəbər verir ki, qanunsuz kömür istehsal edənin rayonun Gültəpə kənd  sakini Əlövsət Muradov  olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az