Ali Məclisə yeni şöbə müdiri təyin edilib
Manset.az-ın məlumatına görə, bu gün imzalanan sərəncamla Tural Rəhman oğlu Rzayev Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Tural Rzayev bu təyinatadək Ali Məclisin Aparatında məsləhətçi, böyük məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində işləyib.