Kanalda batan 30 yaşlı qadının axtarışları davam edir - VİDEO

16:59 - 13 İyul 2023

Kanalda batan 30 yaşlı qadının axtarışları davam edir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 1993-cü il təvəllüdlü Qurbanova Sahilə Novruz qızının axtarışlarına başlayıblar.

Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az