Ağcabədi sakinindən çətənə bitkisi və qurudulmuş marixuana götürülüb - FOTO/VİDEO

12:00 - 15 İyul 2023

Ağcabədi sakinindən çətənə bitkisi və qurudulmuş marixuana götürülüb - FOTO/VİDEO

Ağcabədi rayon sakinindən çətənə bitkisi və qurudulmuş marixuana götürülüb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Hindarx qəsəbə sakini Rauf Ağayev saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 41 ədəd aqrotexniki üsulla yetişdirilmiş çətənə bitkisi və 3 kiloqram 290 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az