Tanınmış cərrah, onkoloq-mammoloqun NÖVBƏTİ UĞURU - FOTOLAR+VİDEO

20:18 - 17 İyul 2023

Tanınmış cərrah, onkoloq-mammoloqun NÖVBƏTİ UĞURU - FOTOLAR+VİDEO

Tez-tez sorağı Moskvadan, Sankt-Peterburqdan, Ankara və İstanbuldan gələn bacarıqlı cərrah, onkoloq-mammoloq Günay Əhmədova bu dəfə Türkiyənin füsunkar təbiətə malik Kapadokya bölgəsində təşkil olunan 1-ci Beynəlxalq 4-cü Milli Döş Cərrahiyyəsi Konqresində Azərbaycanı layiqincə təmsil edib.

Manset.az xəbər verir ki, Türkiyə, İngiltərə, Avstraliya, Şotlandiya, Misir, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən gələn nüfuzlu elm adamlarının, tədqiqatçıların toplandığı tədbirdə soydaşımız Günay Əhmədova konqresin Elmi Komitəsinin üzvü olub.

Türkiyənin Döş Cərrahiyyəsi Dərnəyinin və Senatürk Senoloji Akademiyasının təşkil etdikləri Beynəlxalq Konqresdə tibb elmləri üzrə fəlsəfə doktoru Günay xanımın “Puerperal mastit” mövzusunda oxuduğu məruzə böyük maraqla qarşılanıb. Alim-həkimin bu sahədə apardığı tədqiqatları əks etdirən, ingilis dilində mətnlə müşayiət olunan rəngli slaydlar, diaqramlar yerli və xarici həmkarları tərəfindən yüksək qiymətləndirilib. Süd vəzi xərçənginin müalicəsində tətbiq etdiyi yeniliklər, döş cərrahiyyəsinə müasir elmi baxışı dövrün bəlasına çevrilmiş onkoloji xəstəliklərlə mübarizədə aktiv istifadəyə keçilməsi vacib olan trendlər kimi dəyərləndirilib. Konqresin elmi materiallarının dərc olunduğu kitabda azərbaycanlı cərrah Günay Əhmədovanın məruzəsinə xüsusi yer verilib.

“Heç bir xanım süd vəzini itirməsin” amalını cərrahi fəaliyyətinin başlıca devizinə çevirən onkoloq-mammoloq Günay Əhmədova həm müalicəvi, həm də estetik əməliyyatları uğurla həyata keçirir. Uzun illərdən bəri Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında çalışan Günay Əhmədova hazırda həm də Referans Estetik Mərkəzinin həkimidir. Yüksək keyfiyyətli tibbi xidmətlərin təşkilinə xüsusi önəm verən hər iki klinikada  peşəkar mütəxəssis kimi səmərəli fəaliyyət göstərir. Praktik cərrahiyyə ilə məşğul olduğu illər ərzində Günay xanım dərin zəkası, yüksək səviyyəli tibbi bilikləri, bacarıqlı əlləri və insansevər qəlbi sayəsində şəfa tapmış yüzlərlə pasiyentinin ən doğma, ən əziz  adamına çevrilib, hər zaman onlardan xeyir-dua alıb.  Ölkəmizin ən müxtəlif guşələrində – Naxçıvanda, Mingəçevirdə, Şabranda və digər bölgələrdə süd vəzi xəstəliklərindən əziyyət çəkənlərin köməyinə yetişən Günay həkimin hər yerdə yolunu gözləyənlər var.

Daim öz üzərində işləyən, onkoplastik və rekonstruktiv süd vəzi cərrahiyəsi üzrə diplomdan sonrakı dövrdə də Rusiya və Türkiyənin nüfuzlu elm ocaqlarında  təhsil alan tibb elmləri üzrə fəlsəfə doktoru Günay Əhmədova Avropa Onkoloqlar Cəmiyyətinin üzvüdür. Dünyanın müxtəlif ölkələrində süd vəzinin onkoloji xəstəliklərinin müayinə və müalicəsinə, həmçinin onkoplastik cərrahiyəyə həsr edilmiş elmi-praktik konfrans və seminarlarda, masterklasslarda iştirak edib. Azərbaycanda və xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc edilmiş 30-dan çox elmi məqalənin və tezisin müəllifidir. Hazırda doktorluq dissertasiyası üzərində işləyir. Həmçinin Azərbaycan qadınlarını maarifləndirmək məqsədi ilə vaxtaşırı mətbuatda maraqlı məqalələrlə çıxış edir, mavi ekranların qonağı olur. Sosial şəbəkədən uğurla istifadə edən Günay xanımın feysbukdainstaqramda on minlərlə izləyicisi var.

Süd vəzinizin sağlamlığını və gözəlliyini Günay xanıma etibar edin!

 

Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikası

Referans Estetik Mərkəzi

Əlaqə: (050) 549-67-77


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az