Sumqayıtda arvad ərini öldürüb təslim oldu

11:08 - 09 Avqust 2023

Sumqayıtda arvad ərini öldürüb təslim oldu

Sumqayıt şəhərinin Corat Qəsəbəsində arvad ərini öldürüb.

 

Sumqayıt Şəhər Prokurorluğundan Manset.az-a verilən məlumata görə, araşdırmalarla 34 yaşlı Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az