logo
logo logo
logo

Şimali Koreya tarixində İLK - Bayraq dəyişdirdilər / FOTO

12:04 - 13 Noyabr 2026

Şimali Koreya tarixində İLK - Bayraq dəyişdirdilər / FOTO

Şimali Koreya hakimiyyəti 1948-ci ildə dövlət qurulduqdan bəri ilk dəfə milli bayrağında dəyişikliyə gedib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, konstitusiyaya edilən düzəlişlə bayrağın görünüşü qorunub saxlanılsa da, onun eninin hündürlüyünə nisbəti 1:1,65 olaraq yenilənib.

Pxenyan hakimiyyəti təxminən 78 ildir eyni ölçülərdə istifadə olunan dövlət bayrağının en və uzunluq nisbətini dəyişdirmək məqsədilə konstitusiyaya düzəliş edib. Yenilənmiş konstitusiyanın 166-cı maddəsinə əsasən, əvvəllər 1:2 olan bayrağın hündürlüyünün eninə nisbəti 1:1,65 olaraq müəyyənləşdirilib.

Bu addımın Şimali Koreya lideri Kim Çen Inın əvvəlki rəhbərlərin irsindən tamamilə imtina etmədən öz idarəçilik yanaşmasını və milli kimlik anlayışını ön plana çıxarmaq cəhdinin tərkib hissəsi olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az