logo
logo logo
logo

Ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı

12:08 - 13 Noyabr 2026

Ər \"Temu\"dan tez-tez sifariş verən arvadını bıçaqladı

Azərbaycanda 1984-cü il təvəllüdlü kişi "Temu"dan tez-tez sifariş verən həyat yoldaşını b1çaqlayıb.


Manset.az Xitab24.az-a istinadən xəbər verir ki, hadisə Gəncədə baş verib. Təqsirləndirilən Xeyrulla Məmmədsoy (ad-soyad şərtidir) şəxsi münasibətlər zəminində arvadına sağlamlığına yüngül z2rər vurmaya aid xəsarətlər yetirib.

Hadisə ilə bağlı X.Məmmədsoya qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri cinayət işi başlanıb.

Gəncə Şəhər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, mübahisə həyat yoldaşının telefondan çox istifadə etməsi və "Temu" platformasından tez-tez sifarişlər verməsi səbəbindən baş verib.

Zərərçəkmiş qadın isə ifadəsində ərindən şikayətçi olmadığını, onu bağışladığını bildirib

Məhkəmənin hökmünə əsasən, X.Məmmədsoya "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilib və cinayət təqibinə xitam verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az