Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Manset.az-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Neftçala rayon sakini Rahil Xankişiyev və Salyan rayon sakini Şahin Cəbrayılov olduğu müəyyən edilib.
“Onlardan uzunluğu 20 metr olan 2 ədəd sintetik tor götürülüb. Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - o qeyd edib.