"Nikosayağı"nın düşdüyü qəzada ölən Ruslan dəfn edildi - FOTO

14:31 - 16 Avqust 2023

\"Nikosayağı\"nın düşdüyü qəzada ölən Ruslan dəfn edildi - FOTO

Tanınmış bloger Nicat Şakirlinin düşdüyü yol qəzasında həyatını itirən Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov dəfn olunub.

 

Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, mərhum Gəncə şəhərində dəfn olunub. Hazırda isə onun Gəncədəki evində yas mərasimi təşkil edilir.

Xatırladaq ki, ağır qəza ötən gün Heydər Əliyev prospektində qeydə alınıb. Nəticədə sürücü, tanınmış bloger Nicat Şakirlinin sağ qolu amputasiya edilib. Ruslan Məmmədov isə hadisə yerində dünyasını dəyişib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az