18 yaşlı oğlan 54 yaşlı kişini öldürdü

14:43 - 16 Avqust 2023

18 yaşlı oğlan 54 yaşlı kişini öldürdü

Avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonu Qabaqtəpə kəndində 1969-ci il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində olub, onlar qonşu olublar.

Hazırda faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az