Sumqayıtda kütləvi zəhərlənmənin ilkin səbəbi məlum oldu

20:03 - 16 Avqust 2023

Sumqayıtda kütləvi zəhərlənmənin ilkin səbəbi məlum oldu

Sumqayıt şəhərində kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub.

 

Bu barədə Sumqayıt şəhər prokurorluğundan Manset.az-a bildirilib ki, avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az