Temperatur bir neçə dərəcə enib - Faktiki hava

10:55 - 17 Avqust 2023

Temperatur bir neçə dərəcə enib - Faktiki hava

Avqustun 17-si saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şahdağ və Xaltanda 2.0 mm-dək olub.

Gözlənildiyi kimi avqust ayının birinci yarısına nisbətən artıq havanın temperaturu bir neçə dərəcə aşağı enərək Abşeron yarımadasında 33-37 dərəcə olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb, 40 dərəcəyədək isti olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az