3 maşın yandı

09:47 - 19 Avqust 2023

3 maşın yandı

İmişli, Ağcabədi və Daşkəsəndə minik avtomobilləri yanıb.

 

FHN-dən Manset.az-a verilən məlumata görə, İmişlinin Sarıxanlı kəndində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daşkəsən rayonunun Əmirvar kəndində isə “ГАЗ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 60 ədəd taxta yeşik yanıb.

Ağcabədi şəhərində da “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi, 2 ədəd təkəri və idarəetmə lövhəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Mercedes” markalı minik avtomobilinin 1 ədəd qapısı və buferi qismən qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az