Naxçıvanda yanğında 15 baş heyvan tələf olub - FOTOLAR

17:43 - 19 Avqust 2023

Naxçıvanda yanğında 15 baş heyvan tələf olub - FOTOLAR

Babək rayonu Cəhri qəsəbəsində yanğın olub .

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Cəhri qəsəbəsində yardımçı tikiliyə yığılan ot bağlamalarında yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Naxçıvan şəhər və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Hadisə nəticəsində 14 qoyun və bir inək yanaraq tələf olub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az