Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən avqustun 25-də Şəmkirdə ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.
Manset.az xəbər verir ki, konfransda, Baş Prokurorluğun məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak edəcəyi bildirilir.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala və Sabirabad şəhərlərində regional konfranslar təşkil olunub.
Konfrans çərçivəsində Şəmkir rayon prokurorluğunun inzibati binasında “Açıq qapı” gününün təşkil olunması nəzərdə tutulub.