Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu - YENİLƏNDİ

14:20 - 21 Avqust 2023

Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu - YENİLƏNDİ

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkədə hiss olunan zəlzələ barədə açıqlama verib.

Manset.az xəbər verir ki, Xidmət Mərkəzinin İnformasiya Şöbəsinin müdiri Vüsalə Rafiqqızı Oxu.Az-a bildirib ki, zəlzələ Ermənistan ərazisində olub və Azərbaycanın bir neçə rayonunda hiss edilib:

“Zəlzələnin maqnitudası 4,1 olub, ocağı altı kilometr dərinlikdə yerləşib”.

O qeyd edib ki, zəlzələ Tovuz, Gədəbəy və digər həmsərhəd rayonlarda hiss olunub.

14:09

Bu gün Azərbaycanda zəlzələ qeydə alınıb.

Manse.az Oxu.Az-a istinadən xəbər erir ki, zəlzələ günorta saatlarında baş verib.

Belə ki, zəlzələ Ermənistanla sərhəd bölgədə olub.

Yeraltı təkanlar Gədəbəy və digər rayonlarda hiss edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az