Türkiyənin Çanaqqala bölgəsində başlayan və 9 kəndi ağuşuna alan şiddətli meşə yanğınları davam edir.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, yanğınlarla bağlı daha 2 kənd də boşaldılıb.
Gündüz havadan və qurudan müdaxilə edilsə də, gecə görüşlü helikopterlərlə edilən müdaxilə havanın qaralması ilə səhərə qədər davam edib.
Məlumata görə, 40 saatdan artıq davam edən və küləyin təsiri ilə şiddətlənın alovlar Çanaqqala mərkəzinin Yağcılar və Aşağıokçular kəndləri arasındakı meşəlik ərazidə yenidən yüksəlməyə başlayıb.
Qeyd edək ki, ötən gün verilən açıqlamada yanğınların 1500 hektarlıq ərazini əhatə etdiyi, kəndlərin, avtomobil yolları və elektrik xətlərinin ziyan gördüyü bildirilmişdi.