“Dollara tələb artmaqda davam edir” - Vüqar Bayramov

14:28 - 25 Avqust 2023

“Dollara tələb artmaqda davam edir” - Vüqar Bayramov

“Bu həftə təşkil edilən 2 hərracda son dövrlərin rekord dollar satışı qeydə alınıb - 121 milyon 230 min dollar”.

 

Manset.az xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, son 3 hərrac üzrə tələb artan dinamika üzrə dəyişib:

“Əgər avqustun 17-də 41,3 milyon dollar alınmışdısa, avqustun 22-də tələb 59,9 milyon, dünən isə 61,33 milyon dollar olub.

Dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklər ilə bağlıdır. Mövsümi faktorlar ilə bağlı olaraq idxal məhsullarına tələb artır və bu da dollar alışını çoxaldır. Bu baxımdan, dollar tələbin artması daha çox korporativ faktorlar ilə bağlıdır. Bununla yanaşı, mövsümi artımlar da valyuta bazarındakı tarazlığı qorumaq üçün intervensiya cəhdlərini gücləndirir”.

Vüqar Bayramov bildirib ki, dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə daha çox enerji gəlirlərinin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir:

“Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az