İranda həbsdə olan azərbaycanlı fəal azadlığa çıxdı

14:48 - 26 Avqust 2023

İranda həbsdə olan azərbaycanlı fəal azadlığa çıxdı

Güney Azərbaycan Milli Hərəkatının fəallarından İsmayıl Əhmədi Bəkrabad Əhər şəhər mərkəzi həbsxanasından 400 milyon tümən (16 208 dollar) girov müqabilində azadlığa buraxılıb.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, milli fəal "ictimai asayişi pozmaq və Süngün Mis Mədən Kompleksinin narazı əməkdaşlarını təhqir etmək”də ittiham olunub.

Xatırladaq ki, o, bir müddət öncə çalışdığı Süngün Mis Mədən Kompleksinin vəzifəli şəxsləri tərəfindən ətraf mühitə ziyan vurulmasına, tarixi abidələrin dağıdılmasına və fəhlələrin işdən qovulmasına etiraz etdiyi üçün həbs olunmuşdu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az