Azərbaycanda faktiki və gözlənilən hava şəraiti açıqlandı

16:56 - 27 Avqust 2023

Azərbaycanda faktiki və gözlənilən hava şəraiti açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-nə olan məlumatına əsasən, ölkə ərazisində yağmursuz hava şərati hökm sürür.

 

Bu barədə Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Qeyd edilib ki, Qəbələ, Qax , Şəki, Tərtər , Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı və İsmayıllı rayonlarında yağan leysan xarakterli yağış səhər saatlarından kəsilib.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gulşad Məmmədova saat 16:00-a olan məlumat əsasında bildirib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur:

"Hazırda İsmayıllı rayonunda 25, Göyçay rayonunda 30, Qəbələdə 25, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan MR-da 29 dərəcəyədək, Aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunur.

Bu gün və sabah əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az