Bakı-Şamaxı-Yevlax yolunda hərəkət bərpa olundu

20:14 - 27 Avqust 2023

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət bərpa olundu

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sel suları səbəbindən çökən hissəsində işlər yekunlaşıb.

 

Manset.az-a xəbər verir ki, Göyçayın Qaraməryəm kəndi ərazisinə cəlb edilən texnika və canlı qüvvənin köməyi ilə yolun hərəkət hissəsinə tökülən lil qatı asfaltdan təmizlənib. Çökərək yararsız hala düşən asfalt qatı yenilənib.

 Bununla da Göyçayın kəndləri ilə rayon mərkəzinin əlaqəsi tam bərpa olunub. Hər iki istiqamətdə sürücülərin sərbəst hərəkəti təmin edilib.

 Xatırladaq ki, ötən gün yağan güclü yağışlardan sonra dağlardan gələn sel suları Göyçay rayonunda bir sıra fəsadlar törədib.

 Əsas çətinlik Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Göyçayın Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 Sel suları səbəbindən, bir neçə avtomobil lil qatı altında qalıb. Hazırda dəymiş ziyanın miqdarı rayon fövqəladə hallar komissiyası tərəfindən müəyyənləşdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az