Baş prokuror Şabranda qəbul keçirəcək

10:41 - 28 Avqust 2023

Baş prokuror Şabranda qəbul keçirəcək

Baş prokuror Kamran Əliyev sentyabrın 1-də, saat 10:00-da Şabran rayon prokurorluğunun inzibati binasında Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.

 

Qurumun Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şabran rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az