“32 il bundan öncə, 1991-ci il avqustun 30 –da Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənəd –“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olunub. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunun təsbit edilməsi idi. Eyni zamanda Ali Sovet Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar da qəbul etmişdi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Moskvada SSRİ-nin dövlət və partiya rəhbərliyinə qarşı ağır ittihamlarla dolu bəyanatla çıxış etdi və bundan sonra yenidən öz xalqının yanında olmaq üçün Bakıya gəldi. Lakin bütün antimilli qüvvələr vahid koalisiya halında Ulu Öndərin respublikada hakimiyyətə gəlişini əngəlləmək üçün səylərini birləşdirdilər. Lakin bu, Ulu Öndərin ölkənin siyasi həyatında iştirakını əngəlləyə bilmədi.”
Manset.az xəbər verir ki, bu sözləri tarixi Bəyannamənin əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib: “Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilmiş Naxçıvan Ali Məclisinin iclasında Ulu Öndərin təşəbbüsü ilə muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərarlar qəbul olundu. Həmçinin analoji addımların atılması üçün Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, bütün SSRİ-nin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərlərinin də günahkar olduqlarını qeyd etdi.”
K.Qafarov Naxçıvanda həyata keçirilən demokratik tədbirlərin bütün Azərbaycana nümunə olduğunu vurğulayaraq deyib: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi. Bu təhlildə böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəbləri göstərildi, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurlar qeyd olundu və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyi vurğulandı. Xalq öz dahi liderinin çağırışını böyük ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, həmin dövrdə ağır blokada vəziyyətində olan Naxçıvanın müdafiəsi və sonrakı inkişafı da məhz Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsindən dərhal sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu. Birmənalı olaraq demək lazımdır ki, məhz Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı” .
“Antimilli qüvvələrin məğlubiyyəti labüd idi” - Kamaləddin Qafarov
11:22 - 02 Sentyabr 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
02 Sentyabr 2026 - 12:35
Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
02 Sentyabr 2026 - 13:52
İlham Əliyev SƏRƏNCAM imzaladı
02 Sentyabr 2026 - 17:19
Bu şəxslər qısaldılmış iş rejimində çalışacaq
02 Sentyabr 2026 - 15:40
Həyət evi, yoxsa bina evi? - Bazardakı dəyişiklik investorların seçiminə təsir edir
02 Sentyabr 2026 - 20:22
Çobanın güllələnmiş meyiti tapıldı
02 Sentyabr 2026 - 17:00
Azərbaycanda ateistlərin sayı - Bu rəqəm çoxlarını təəccübləndirəcək
02 Sentyabr 2026 - 12:17
Bu həkimlər 3 min manat maaş alacaq
02 Sentyabr 2026 - 16:42
Ombudsman cəzaçəkmə müəssisələrində monitorinq apardı
02 Sentyabr 2026 - 17:52
Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik
02 Sentyabr 2026 - 16:08
ABŞ-də ildırım vuran şəxs sağ qaldı - VİDEO
02 Sentyabr 2026 - 15:53
Transfer baş tutmadı - "Trabzonspor"a qayıtdı
02 Sentyabr 2026 - 13:33
Ailə həkimləri bu qədər maaş alacaq
Xəbər xətti
- 03 Sentyabr 2026
- 08:30 Soyuqdəymənin ilk əlamətləri - Bunları edin
- 08:00 Ürək sağlamlığı üçün faydalı 11 meyvə
- 01:30 Gecə 1-dən gec yatanlarda infarkt riski artır
- 00:30 Messinin "10" nömrəsi üçün namizəd odur
- 02 Sentyabr 2026
- 23:54 Nepalda sel fəlakətində ölənlərin sayı ARTDI
- 23:48 Bakıda 90 yaşlı qadın evində ölü tapıldı
- 23:32 "ABŞ İrana yenidən hücum etməyə hazırdır"
- 23:16 Goranboyda qəza - 2 qardaş yaralandı
- 22:59 "Neftçi" onunla yollarını ayırdı - FOTO
- 22:46 Fanatı Nurana evlilik təklifi etdi - VİDEO
- 22:25 Bakıda kişi kirayə yaşadığı evdə ölü tapıldı
- 22:07 ABŞ ordusu Hörmüzdə 28 gəmini bir gecədə məhv edib
- 21:43 Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi
- 21:33 ABŞ-nin son hücumlarında İranda ölənlərin SAYI
- 21:18 "Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir"
- 21:00 Şəkidə fərdi yaşayış evi YANDI
- 20:46 Konqoda Eboladan ölənlərin sayı 3 mini keçdi
- 20:22 Çobanın güllələnmiş meyiti tapıldı
- 20:06 Elvin Cəfərquliyev əməliyyat olundu - FOTO
- 20:00 Tibb işçilərinə dövlət qayğısının növbəti təzahürü
- 19:44 Bu yayın ən çox transfer edən klubları onlar oldu - SİYAHI
- 19:30 Ermənistanda dəhşətli qəza - 5 ölü, 11 yaralı
- 19:14 Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi
- 19:00 Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi
- 18:45 Sürücülərin NƏZƏRİNƏ - Bakıda yol bağlanacaq
- 18:30 Bu rayonlarda avtovağzal xidməti təşkil ediləcək
- 18:17 Odlu silahdan yaralanan çoban öldü
- 18:08 Ustanı evin damında elektrik cərəyanı vurub öldürdü
- 18:00 Magistraturada yerlərin boş qalma səbəbi açıqlandı
- 17:52 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik
- 17:42 Azərbaycandan Ermənistana növbəti dizel tədarükü olacaq
- 17:30 Çinin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı - FOTOLAR
- 17:19 Bu şəxslər qısaldılmış iş rejimində çalışacaq
- 17:00 Azərbaycanda ateistlərin sayı - Bu rəqəm çoxlarını təəccübləndirəcək
- 16:42 Ombudsman cəzaçəkmə müəssisələrində monitorinq apardı
- 16:32 Zelenski Ukrayna Quru Qoşunlarına yeni komandan təyin etdi - FOTO
- 16:20 Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
- 16:08 ABŞ-də ildırım vuran şəxs sağ qaldı - VİDEO
- 15:53 Transfer baş tutmadı - "Trabzonspor"a qayıtdı
- 15:40 Həyət evi, yoxsa bina evi? - Bazardakı dəyişiklik investorların seçiminə təsir edir
- 15:27 Dövlət Agentliyinin adından istifadə edən qadınlar yaxalandı - VİDEO
- 15:21 "Qalatasaray"da ayrılıq siqnalı - Okan Burukun qərarı gözlənilir
- 15:10 Bu şəxslərlə bağlı qanun dəyişdi
- 15:01 İsraildən İrana açıq hədə - "Təyyarələrimiz havaya qalxmağa hazırdır"
- 14:56 ADY Bakı–Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq etdi
- 14:50 Apple-ın yeni rəhbəri məlum oldu
- 14:48 Dövlət idarəsinin nizamnaməsi dəyişdirildi
- 14:42 Türkiyə və Gürcüstandan birgə əməliyyat - 22 nəfər saxlanıldı
- 14:40 Qumar oynayanlara 5 min manat cərimə və həbs - YENİ QAYDA
- 14:33 İlham Əliyevdən Qırğızıstanla bağlı mühüm FƏRMAN
- 14:27 Taxta bazarında fəhlə öldü