Sosial şəbəkələrdə küçədə qalan ailənin videosu yayılıb. Bildirilib ki, kirayə pulunu ödəyə bilməyən nənə, onkoliji xəstəlikdən əziyyət çəkən ana və üç uşağı ev sahibi tərəfindən küçəyə atılıblar.
Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev Manset.az-ın sorğusuna cavab olaraq bildirib ki, Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb. 1 nəfər müalicə almaq üçün müvafiq xəstəxanaya, azyaşlılar isə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə sığınacağa yerləşdirilməsi təmin olunub.