Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti, jurnalist Mübariz Əhmədov bu gecə dünyasını dəyişib.
Yaxınlarının Manset.az-a verdiyi məlumata görə, o bu gecə infarktdan vəfat edib. Mərhum jurnalist bir neçə müddət öncə ürək əməliyyatı keçirib. Mərhum Saatlı rayonunda dəfn ediləcək.
Qeyd edək ki, Mübariz Əhmədov Azərbaycan telleviziyalarında ekspert kimi çıxış edib.
Ötən ildən etibarən Bakı Slavyan universitetinin şəhid məzunları haqqında sənədli filmlərin hazırlanması Mübariz Əhmədova həvalə edilmiş, yüksək peşəkarlıqla iki filmi ərsəyə gətirmiş, üçüncü üçün hazırlıq işləri aparırdı.
Allah rəhmət eləsin!