Arazdəyəndə tikilən Ermənistan-ABŞ metallurgiya zavodu başqa yerə köçürülüb

17:05 - 14 Sentyabr 2023

Arazdəyəndə tikilən Ermənistan-ABŞ metallurgiya zavodu başqa yerə köçürülüb

Arazdəyəndə, Azərbaycanla sərhəddə tikilən Ermənistan-ABŞ birgə metallurgiya zavodu başqa yerə köçürülüb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, müəssisənin inşası Ararat şəhəri yaxınlığındakı rayonda aparılacaq.

Yerli sakinlər işlərin dayandığını, zavodun başqa yerə köçürüldüyünü və tikinti materiallarının ərazidən daşındığını deyiblər.

Hazırda köhnə tikinti yerində ancaq qarovulçu var.

Ermənistan İqtisadiyyat Nazirliyi zavodun köçürülməsi ilə bağlı məlumatı təsdiq və ya təkzib etməyib.

“Hazırda hökumət səviyyəsində müzakirələr aparılır”, - deyə qurumdan bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az