ABŞ səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

17:53 - 14 Sentyabr 2023

ABŞ səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az xəbər verir ki, səfirə iki amerikalı diplomatın “persona non grata” elan edilməsi və 7 gün ərzində ölkəni tərk etməli olduğu barədə məlumat verilib.

Qeyd edək ki, söhbət ABŞ səfirliyinin birinci katibi C.Sillin və səfirliyin ikinci katibi D.Bernstayndan gedir.

Rusiya, həmçinin ABŞ-yə daxili işlərə müdaxilənin qəbuledilməz olduğunu və qəti şəkildə dayandırılacağını bildirib. Xarici İşlər Nazirliyi ümid edir ki, amerikalılar nəticə çıxaracaq və qarşıdurma xarakterli addımlardan çəkinəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az