Xankəndidən gedən erməni: "Bir daha geri qayıtmayacağam" - VİDEO

13:26 - 16 Sentyabr 2023

Xankəndidən gedən erməni: \"Bir daha geri qayıtmayacağam\" - VİDEO

"İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən Yerevana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur".

 

Manset.az xəbər verir ki, bu fikirləri report-a açıqlamasında Seyran Aqambekyan deyib.

O, İkinci Qarabağ müharibəsində qardaşını itirdiyini bildirib: "Mən üç il bundan əvvəl Qarabağda hərbi xidmətdə olmuşam. Daha doğrusu, Martunidə (Xocavənd - red.). İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Döyüşlərdə yaralanmamışam. Lakin ailə üzvlərimdən qardaşım döyüşlərdə həlak olub. Valideynlərim hələ ki Xankəndidədir. Lakin özüm Yerevana gedirəm. Çox güman, bir daha geri qayıtmayacağam".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az