Vətən müharibəsində şəhid olan MAXE Ruslan İmanquliyevin anası Ramiyə Səfərova dünyasını dəyişib.
Manşet.az məlumata görə, o, ötən gün koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, R.İmanquliyev Vətən müharibəsi zamanı oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid hərbçimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
R.İmamquliyev Ramiyə Səfərovanın yeganə övladı idi.