“Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi mətbəə blanklarnın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Ölkə.Az”ın məlumatına görə, tenderin qalibi “A4 Plaza” MMC olub. Qalib şirkətlə 107,433 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, “A4 Plaza” MMC 17.10.2013-cü il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Məmmədov Elşən Abbasəli oğludur. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.