Nazir kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirdi

13:45 - 25 Sentyabr 2021

Nazir kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirdi

"Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın birindən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək".

Manset.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Amma burada müəyyən şərtlər var. Belə ki, pandemiya qaydalarına riayət etməliyik, yəni, zallar 50 faizdən çox doldurulmamalı, COVID pasportu ilə giriş və zalların dezinfeksiya edilməsi təmin olunmalıdır. Mədəniyyət Nazirliyi olaraq fəaliyyət başladıqdan sonra ciddi nəzarət olunacaq ki, bu qaydalara ciddi nəzarət olunsun. Nəticə etibarilə insanların virusa yolxumasina səbəb yaranmasın", nazir bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az