Sabahın hava proqnozu AÇIQLANDI

12:38 - 11 Oktyabr 2023

Sabahın hava proqnozu AÇIQLANDI

Oktyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 15-20 dərəcə isti, dağlarda gecə bir dərəcə şaxtadan dörd dərəcə isti, gündüz 5-9 dərəcə isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az