Xüsusi iclas başladı

11:21 - 12 Oktyabr 2023

Xüsusi iclas başladı

“Prezident İlham Əliyevin rəhbərliyi dövründə ÜDM 3,6 dəfə, dövlət büdcəsinin gəlirləri 25 dəfə, xərcləri isə 26 dəfə artıb”. 

 

Manset.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin xüsusi iclasında bildirib.

Sahibə Qafarova qeyd edib ki, İlham Əliyevin rəhbərliyi dövründə ölkənin neft-qazdan asılılığını azaltmaq üçün də mühüm işlər görülüb: “Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq ÜDM-də qeyri-neft sektorunun payı 64% olub.

Ötən il ölkə iqtisadiyyatına milyardlarla ABŞ dolları investisiya qoyulub. Bundan əlavə 2013-cü ildən bəri Azərbaycan kosmik klubun üzvüdür. Beynəlxalq Astronavtika Konqresi 50 ildən sonra yenə Azərbaycanda keçirildi”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az