Azərbaycanda 9 ayda 2110 ədəd avtomobil yığıldı

20:54 - 14 Oktyabr 2023

Azərbaycanda 9 ayda 2110 ədəd avtomobil yığıldı

2023-сü ilin yanvar-sentyabr aylarında 2110 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,7% (600 ədəd) çox minik avtomobili istehsal olunub. 01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 497 ədəd rəşkil edib.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib. Bildirilib ki, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 10,6 faiz artıb.

2023-cü ilin yanvar- sentyabr aylarında Azərbaycanda 285 ədəd yük avtomobili istehsal edilib. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% artıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az