Abşeron rayonunda özünü jurnalist kimi təqdim edərək obyekt sahibindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, ictimai iaşə obyektlərindən birinin sahibi tanımadığı bir nəfərin guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.
Cinayəti törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat alan zaman saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.