DYP-dən bu sürücülərə Xəbərdarlıq

11:22 - 10 Noyabr 2023

DYP-dən bu sürücülərə Xəbərdarlıq

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədər yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət etməyi xahiş edir.

 

Manset.az xəbər verir ki, bu barədə DYP-dən məlumat verilib.

Bildirilib ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri xüsusilə diqqətli olmalı, küləkli hava şəraitində böyük ölçülü nəqliyyat vasitələri ilə hərəkətin daha da çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az