Azərbaycanda böyük maraqla qarşılanan və izlənmə rekordları qıran "Əqrəb mövsümü" serialının yeni ildə yayımlanacaq ikinci hissəsinin ilk tizeri təqdim edilib.
Manset.az xəbər verir ki, bu barədə filmin rejissoru Emil Quliyev paylaşım edib.
Rejissor bildirib ki, serialın ikinci hissəsi "Əqrəb mövsümü 2 dünya bir olsa da" adlanacaq:
"Tamaşaçıların çoxsaylı istəklərini nəzərə alaraq, çəkiliş prosesi gedə-gedə TİZER-i hazırlamaq qərarı verdik. Sadiq tamaşaçılara yeni il hədiyyəsi olaraq", - rejissor qeyd edib.
Qeyd edək ki, serial Ceyhun Hidayətlinin eyni adlı əsəri əsasında çəkilib.