Keçmiş başçı doğum günündə vəfat etdi

14:30 - 01 Yanvar 2024

Keçmiş başçı doğum günündə vəfat etdi

Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vəlihə Abdullayeva vəfat edib.

 

Manset.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, o, Bakı şəhərində 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vəlihə Böyükağa qızı Abdullayeva 1949-cu ilin yanvarın 1-də dünyaya gəlib. O, 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-ci ildən Salyan Rayon Maliyyə şöbəsində, Salyan Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində, Salyan Rayon İcra Hakimiyyəti Aparatında müxtəlif vəzifələrdə çalışıb.

1997-ci ildən Salyan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirib, 1998-2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az