Gəncə sakinindən avtomat götürüldü

12:34 - 03 Yanvar 2024

Gəncə sakinindən avtomat götürüldü

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Məhsəti qəsəbə sakini Adil Məmmədov saxlanılıb.

 

DİN-dən Manset.az-a verilən xəbərə görə, onun evinə baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş “AK-74” avtomat silah, 14 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az