Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, polis əməkdaşları rayon ərazisində 7 avtomat, 2 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edərək götürüb.